“Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, müttəfiqlik münasibətləri hər zaman sıx olub”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“44 günlük Vətən müharibəsi ölkələrimiz arasındakı qardaşlığın bir təzahürü oldu. Türkiyənin siyasi və mənəvi dəstəyi olduqca önəmli oldu”, - nazir vurğulayıb.

O vurğulayıb ki, Türkiyə şirkətləri ilk gündən Azərbaycanın işğaldan azad olunan torpaqlarının bərpa prosesinə cəlb olunublar: “Bölgədə yaranmış yeni reallıqlar konteksində tarixi Şuşa Bəyannaməsi imzalandı.

Azərbaycan-Türkiyə münasibətləri barədə saatlarla danışmaq olar. Bu gün əziz qardaşımla bir sıra məsələləri müzakirə etdik. Onlar bir sıra sənədlərin, sazişlərin icrası ilə bağlıdır”.